525.Az

Xanım Qafarova: “İsraildəki müalicəmin xərclərini Mehriban Əliyeva üzərinə götürüb”


 

Xanım Qafarova: “İsraildəki müalicəmin xərclərini Mehriban Əliyeva üzərinə götürüb”<b style="color:red"></b>

Müalicəsi üçün hər kəsdən kömək istəyən əməkdar artist Xanım Qafarovanın müraciəti cavabsız qalmayıb

Lent.az-a açıqlama verən X.Qafarova bildirib ki, onun İsraildəki müalicəsinin xərclərini Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva öz üzərinə götürüb: “Körpə uşaq kimi çox sevinirəm. Bir neçə dəqiqə öncə mənə zəng gəldi. Bildirdilər ki, dəyərli Mehriban xanım İsraildə olunacaq əməliyyatımın xərclərini öz üzərinə götürüb. Onu da dedilər ki, heç kəsdən maddi  dəstək götürməyim. Bütün nə varsa, edəcəyik. İndi həkimimin məni İsrailə göndərəcəyi vaxtı  gözləyirəm. Ən azı iki günə İsrailə gedəcəyəm”.
 
Aktrisa onu da əlavə edib ki, Heydər Əliyev Fondu onun qızının təhsil xərclərini də öz üzərinə götürüb: “Qızımla bağlı da sevindirici xəbər dedilər. İnanın ki, çox sevinirəm. Yaşamaq üçün mübarizə aparacağam. Qızım üçün və məni sevənlər üçün. Allah böyükdür. Ümidim bir tək onadır”.
 
Xatırladaq ki, X.Qafarova ötən gün Lent.az vasitəsi ilə müraciətində bunları demişdi: “Ölmək istəmirəm, xilas edin məni. Sizin vasitənizlə imkanı olan insanlara səslənirəm, mənə yardım edin. Dərdimə əlac İsraildədir. Amma bunun üçün maddi dəstəyim yoxdur. İnanırsınız, bu sözləri demək mənə nə qədər ağırdır. Xəcalət çəkirəm. Amma övladıma görə, bu müraciəti elədim. O, bu dünyada tək qalmasın. Hələ balacadır”.
 
Qeyd edək ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat olunub.

 





10.07.2014    çap et  çap et