525.Az

Türkiyədə siyasi qovğa: seçkilər təxirə salınarsa... - Kənan Novruzov yazır


 

Türkiyədə siyasi qovğa: seçkilər təxirə salınarsa... - <b style="color:red">Kənan Novruzov yazır</b>

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib ki, ölkədə seçkilərin təxirə salınması gündəlikdə deyil. Onun sözlərinə görə, hökumətin prioriteti zləzələnin təsirlərini aradan qaldırmaqdır. 

Məlum olduğu kimi, Türkiyədə seçkilərin mayın 14-də keçirilməsi planlaşdırılır. Zəlzələdən sonra müxalifət bildirdi ki, seçkilərin təxirə salınmsı yolverilməzdir və bu, qeyri-demokratik addım olar. Çünki seçkilərin təxirə salınması müxalifətə sərf etmir. Altılı masa başa düşür ki, xalqın yarası təzədir. Ona görə də iqtidara etimadın azaldığını güman edirlər. 

Seçkilərin təxirə salınması əslində riskli addım olar. Düzdür, hakim AK parti iqtidarı müəyyən müddətlik vaxt qazana bilər. Amma rəqib düşərgə hakimiyyətin bu addımından istifadə edərək, iqtidar əleyhinə kampaniyanı gücləndirə bilər. Hətta "zəlzələ hakimiyyətə sərf edir" kimi tezislərin ortaya atılması da mümkündür. Şübhəsiz ki, mövcud hakimiyyət bunu anlayır. Ona görə də seçkilərin təxirə salınacağı ağlabatan görünmür. 

Yəqin ki, ən yaxın gələcəkdə iqtidar seçki kampaniyasını davam etdirməyə başlayacaq. Hərçənd zəlzələnin təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlər həm də seçki kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. 

Doğrudur, fiziki zəlzələ həm də siyasi silkələnmələrə səbəb oldu. Hakimiyyətə rəğbət istər - istəməz azaldı. Buna baxmayaraq, AK parti iqtidarının tərəfdarları heç də az deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, Türkiyə əvvəllər də oxşar faciələrlə rastlaşıb. Yəni xalqda artıq müəyyən "immunitet" yaranıb. 

Fikrimcə, seçkilərin təxirə salınmaması, təyin edilmiş vaxtda keçirilməsi hakimiyyət üçün daha əlverişli olar. Hər halda AK partinin şansları heç də az deyil. 

Onu da nəzərə almaq lazımdır ki, altılı masa seçkilərin dəqiq vaxtı açıqlanmadan vahid namizədinin adını təqdim etməyəcəyini bildirmişdi. Yəqin ki, qarşıdakı günlərdə seçkilərlə bağlı daha konkret açıqlamalar veriləcək. Beləliklə, həm də müxalifətin, nəhayət, namizədinin adını açıqlamasına şərait yaradılacaq. Çünki AK parti özünə ciddi rəqib görmədiyini bildirsə də, namizədin kimliyi istənilən halda iqtidar üçün əhəmiyyətlidir.

İndiki halda prezident Rəcəb Tayyib Ərdoğana ən çox mane olan səhhəti ilə bağlı problemlərdir. Amma, hətta Ərdoğan prezident seçilməsə belə, yəqin ki, AK parti iqtidarını qoruya biləcək.

 





26.02.2023    çap et  çap et