525.Az

AB Ukrayna ilə bağlı “qara siyahıya” 11 nəfər də əlavə edib


 

AB Ukrayna ilə bağlı “qara siyahıya” 11 nəfər də əlavə edib<b style="color:red"></b> Avropa Birliyi Ukraynada baş verən hadisələrlə bağlı daha 11 fiziki şəxsə sanksiya tətbiq edilməsi haqda qərar qəbul edib.
 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, adları siyahıya düşənlərin Avropa Birliyi ərazisinə girişi yasaqlanacaq, eləcə də onların bank  hesabları dondurulacaq.
 
Siyahı yaxın günlərdə AB-nin rəsmi jurnalında çap olunacaq. Sanksiyanın gələn həftə qüvvəyə minəcəyi gözlənilir.
 
“Siyahıdakılar əsasən ukraynalı separatçılardır. Onların arasında bir, yaxud iki Rusiya vətəndaşı ola bilə”» -deyə, bu haqda AB-yə üzv dövlətlərin səfirlərinin görüşündən sonra adı açıqlanmayan iştirakçı bildirib.
 
Mənbə xatırladıb ki, Avropa Birliyinin viza, maliyyə sanksiyaları Rusiya və Ukraynanın 60-dan çox vətəndaşına tətbiq edilib. Bundan başqa Krımdakı müəssisələr də qurumun yasağına tuş gəlib.
 
Qərb xəbərdarlıq edərək, bildirib ki, Ukraynadakı gərginliyin artmasına yardım edərsə, Rusiya iqtisadiyyatına sanksiya tətbiq edəcək.
 





10.07.2014    çap et  çap et