525.Az

Əlcəzair Ukrayna səfirliyini yenidən açır


 

Əlcəzair Ukrayna səfirliyini yenidən açır<b style="color:red"></b>

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkəsinin Ukraynada müharibə səbəbilə bağlanan səfirliyinin yenidən açılacağını bildirib. 

525.az xəbər verir ki, Əlcəzairin dövlət televiziyası prezident Tebbunun yerli mətbuat və media nümayəndələri ilə görüşünü yayımlayıb. "Xarici İşlər Nazirliyimizlə razılaşdırılaraq bu həftə Kiyevdəki səfirliyimizi yenidən açacağıq", - deyən Tebbun nazirliyin qərarın təfərrüatları ilə bağlı məlumatları yayınlacağını bildirib. 

Qeyd edək ki, Əlcəzairin Kiyevdəki səfirliyi 2022-ci il martın əvvəlində Ukraynadakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar işinin dayandırıldığını və işçilərinin təxliyə edildiyini elan edib. Bu qərar Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyata başlamasından sonra verilib.

Malik Atilay

 





27.02.2023    çap et  çap et