525.Az

Çin "ChatGPT"ni qadağan edən ilk ölkə oldu


 

Çin "ChatGPT"ni qadağan edən ilk ölkə oldu<b style="color:red"></b>

Çin hökumətinin ölkədəki texnologiya şirkətlərinə "ChatGPT" qadağası qoyduğu iddia edilib. Çin dövlət mediası "ChatGPT"nin ABŞ-ə öz siyasi hekayələrini yaymağa kömək edəcəyini müdafiə edir.

525.az xəbər verir ki, "Nikkei Asia"nın hesabatına görə, texnoloji firmalara platformaları vasitəsilə "ChatGPT" və ya əlaqəli xidmətlər təklif etmək qadağan edilib. Çin dövlət mediasındakı xəbərlərdə ABŞ-də yerləşən süni intellekt şirkəti "OpenAI" tərəfindən hazırlanan "ChatGPT"nin suverenliyə zərər verə biləcək yalan məlumatlar yaydığına dair açıqlamalar var.

Fevralın 20-də "China Daily" qəzetinin ölkənin ən böyük sosial media platforması olan "Weibo"da mövzu ilə bağlı yazı paylaşdığı bildirilib. Yazıda "ChatGPT"nin ABŞ-ə dezinformasiya və öz siyasi hekayələrini yaymaqda kömək edəcəyi iddia edilib.

Məhəmməd Tağıyev

 





27.02.2023    çap et  çap et