525.Az

"Balam özü könüllü getdi döyüşə" - Şəhid atası


 

"Balam özü könüllü getdi döyüşə" - Şəhid atası <b style="color:red"></b>

Astara rayonundan olan Vətən müharibəsi şəhidi Quliyev Tərlan Mehman oğlunun evində ailəsi ilə birlikdə onun əziz xatirəsini yad etdik. 

Tərlan Quliyev 2000-ci il yanvarın 26-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü döyüşlərə qatılıb. Subay idi.

Şəhid Atası Quliyev Mehman bəy deyir ki, ailəmizdə şəhidimizlə birgə 3 oğul övladımız var:

"Böyük oğlum Kənan, ortancıl oğlum şəhidimiz Tərlan və  kiçik oğlum İbrahim. Mənim oğlum çox zirək uşaq idi. Qardaşları ilə çox yaxın idi. Demək olar ki, mənə ata kimi yox, böyük qardaş kimi idi. O, məni çox sevirdi. Onun çox gözəl əl qabiliyyəti vardı. Mənim üç övladımın üçü də dövlətinə, millətinə bağlıdırlar. Balam özü könüllü getdi döyüşə. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi, 052-nin əsgəri olub. Əvvəl Füzulini, daha sonra isə Cəbrayılı azad etdilər. Cəbrayılla Xocavənd arasında yüksəklik var, Pollan yüksəkliyi. Həmin yerin azad olunması istiqamətində şəhadətə ucalıb.

Qardaşları ilə çox yaxşı münasibəti vardı. Mənim övladlarımın üçü də idmançıdırlar. Kiçik oğlum sərbəst güləşçidir, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır. Böyük oğlum SOCAR-da işləyir. Subaydır. ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecini bitrib. Ümumiyyətlə , mənim övladlarım ata-anaya çox bağlıdılar. Qardaşların elə bir dostluğu, birliyi vardı ki,  təsəvvür edə bilməzsiniz.
Tərlan çox yardımsevər uşaq idi, kiminsə nəsə imkanı olmayanda, nəyəsə ehtiyacı olanda ona yardım edərdi, kömək edərdi, dəstək olardı. Çox mərd uşaq idi. Demək olar ki, bütün kənd camaatına şəhid xəbərlərini qəsəbənin icra nümayəndəsi ilə birgə ikimiz deyirdik. Elə övladımın da xəbərini ilk özüm bildim...

Allah şəhid ailələrinə səbr versin, şəhidlərimizə rəhmət eləsin! Biz Ali Baş Komandanımızla birgə addımlayaraq bu qara ləkəni alnımızdan sildik. İnşallah daha müharibə olmasın. Bu gün də müharibə olsa, bir şəhid atası kimi biz hazırıq döyüşmək üçün. Oğul düşmən çəpəridir, Vətənimiz var olsun, oğullarımız var olsun. Bayrağımız enməsin!"

Şəhid Tərlanın adına yaşadığı qəsəbədə ən böyük küçələrdən biri, Astara şəhər Ceyhun Babayev adına 3 saylı tam orta məktəbinin isə “3 a” sinfi verilib.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Quliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Tərlan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" ,  "Cəsur döyüşçü", "Hərbi xidmətdə fərqləndiynə görə" 3-cü dərcəli medalları və  "Üçünücü dərəcəli Vətənə xidmət" ordeni ilə təltif edilib.

Ruhun şad olsun, qəhrəman qardaşım!

 





17.02.2023    çap et  çap et