525.Az

Bakıda bayram günü törədilmiş cinayətin üstü açıldı


 

Bakıda bayram günü törədilmiş cinayətin üstü açıldı<b style="color:red"></b> Mayın 28-də Bakı şəhərinin Yasamal rayonu ərazisində törədilmiş oğurluq əməlinin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Seyidov küçəsində yaşayan Nəzakət Nəsibovanın mənzilindən, qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları oğurlanıb. DİN BCAİ, Yasamal RPİ CAŞ, 28-ci PB və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Babək rayon sakinləri, 1963-cü il təvəllüdlü Fikrət Əliyev və 1985-ci il təvəllüdlü Əli Əliyev tutulub.
 
Araşdırmalar davam etdirilir.
 





10.07.2014    çap et  çap et