525.Az

ABŞ-dən Türkiyəyə dəstək mesajı


 

ABŞ-dən Türkiyəyə dəstək mesajı<b style="color:red"></b>

ABŞ-nin Ankaradakı səfirliyi sosial mediada Türkiyəylə həmrəylik mesajları verib.

525.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra ABŞ-dən Türkiyəyə dəstək mesajları davam edir. ABŞ-nin Türkiyədəki səfirliyinin rəsmi sosial media hesabından edilən açıqlamada: “Son zamanlarda Taksim, İstiqlal və Qalatada xüsusi terror təhdidlərini aradan qaldıran Türkiyə Polis İdarəsinə minnətdarlığımızı və hörmətimizi bildirmək istərdik. Həmişə çətinliklər olacaq. Biz həmçinin ziyarətçilərimizi ən son yenilikləri daim yoxlamağa dəvət edirik”, - qeyd edilib.

ABŞ-nin Türkiyənin yanında olmağa davam edəcəyi bildirilən bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib: 

“Amerikalılar terrora qarşı türklərlə həmrəy olduğu kimi, bu böyük dağıntı anında da bir daha ürəkdən Türkiyənin yanındayıq. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə zəlzələdən sonra Türkiyənin bərpasına kömək etmək istəyirik”, - səfirliyin açıqlamasında deyilib.

Fərid Sançar

 





27.02.2023    çap et  çap et