525.Az

Snayper kursları bərpa olunur


 

Snayper kursları bərpa olunur<b style="color:red"></b> Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən çağırışçılar üçün ixtisas kursları bərpa olunacaq.
 
APA-nın məlumatına görə, «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC yaxın günlərdə keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin ləğv olunmuş kurslarını yenidən bərpa edəcək. Artıq Nazirlər Kabineti tərəfindən kursların siyahısı təsdiq olunub.
 
Snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kurslar üzrə komplektləşdirmələrə başlanılıb.
 





10.07.2014    çap et  çap et