525.Az

Sabah Bakıda 30-35 dərəcə isti olacaq


 

Sabah Bakıda 30-35 dərəcə isti olacaq<b style="color:red"></b>

 İyulun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi cənub rayonlarında şimşək çağacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-28 dərəcə isti olacaq.
 
Tibbi-meteroloji proqnoza əsasən iyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur və arabir durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
 

 





10.07.2014    çap et  çap et