525.Az

Avstriya kəşfiyyatı "WhatsApp" və "Telegram"ı yoxlamaq istəyir


 

Avstriya kəşfiyyatı "WhatsApp" və "Telegram"ı yoxlamaq istəyir<b style="color:red"></b>

Avstriya kəşfiyyatı təhlükəsizlik problemlərini əsas gətirərək "WhatsApp" və "Telegram" kimi mesajlaşma proqramlarını yoxlamaq istəyir.

525.az Avstriya mətbuatına istinadən xəbər verir ki, Avstriya Dövlət Təhlükəsizliyi və Kəşfiyyat Birliyinin (DSN) rəhbəri Omar Haijawi-Pirchner "Der Standard" qəzetinə verdiyi açıqlamada insanların telefon danışıqları yerinə daha çox sosial media proqramlarından istifadə etdiyini və bu tətbiqlərin təhlükəsizlik səbəbi ilə yoxlanılmasının lazım olduğunu bildirib.

Haijawi-Pirchner cinayət təşkilatlarının və təhlükəli elementlərin bu proqramlar vasitəsilə əlaqə saxladığını və kəşfiyyat bölməsi olaraq bu tətbiqlərə nəzarət etmək üçün texniki imkanlara malik olmadıqlarını deyib.

O, bu tətbiqlərin texnologiyalarına bənzər bir sistemin nəzarət məqsədi ilə kəşfiyyat bölməsinin əhatə dairəsində olmasının lazım olduğunu ifadə edərək, müxtəlif ekstremist qrupların nəzarətsiz proqramlardan istifadə edərək hücum etmə ehtimalının çox yüksək olduğunu irəli sürüb.

Məhəmməd Tağıyev

 





28.02.2023    çap et  çap et