525.Az

Rusiyaya PUA hücumları olub


 

Rusiyaya PUA hücumları olub<b style="color:red"></b>

Ukrayna Rusiyanın paytaxtı Moskva da daxil olmaqla müxtəlif bölgələrə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edib.

525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd etdiyi bildirilib. Hücumun Rusiya Silahlı Qüvvələrinin elektron döyüş bölmələri tərəfindən qarşısının alındığı bildirilən açıqlamada: "Hər iki PUA idarəetməni itirərək uçuş yolundan çıxıb. Biri sahəyə düşüb, kursundan çıxan digəri isə istiqamət aldığı mülki infrastruktura zərər vura bilməyib", - deyə bildirilib.

Qeyd edək ki, Belqorod meri Valentin Demidov da gecə saatlarında PUA-nın şəhərdə bir binaya çırpıldığını və sakinlərin təhlükəsiz yerə aparıldığını bildirib.

Məhəmməd Tağıyev

 





28.02.2023    çap et  çap et