525.Az

Hərbçilər qəzaya düşdü: 2 yaralı


 

Hərbçilər qəzaya düşdü: <b style="color:red">2 yaralı</b>

Ötən gün axşam saatlarında Ələt-Astara yolunun 164 km-də ağır yol qəzası baş verib.

Lent.az-ın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Hikmət Qafarovun anspress-ə verdiyi məlumatda Masallı rayonunu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Vidadi oğlu Qəhrəmanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil aşıb.

Qəza nəticəsində sürücü və onun sərnişini, DSX-nın zabiti, leytenant Malik Elşən oğlu Hüseynov xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, avtomobil sürətlə hərəkət edərkən, sürücü idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

 





10.07.2014    çap et  çap et