525.Az

AZAL-dan təyyarə qəzası ilə bağlı açıqlama


 

AZAL-dan təyyarə qəzası ilə bağlı açıqlama<b style="color:red"></b> “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda baş verən təyyarə qəzasının səbəbini açıqlayıb.
 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 F” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib.
 
Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb: “Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb”.
 





10.07.2014    çap et  çap et