Danimarka Parlamenti deputat və bütün əməkdaşları kibertəhlükəsizlik tədbiri kimi casusluq riskinin olduğunu əsas gətirərək, iş telefonlarında "TikTok" tətbiqini istifadə etməməyə çağırıb.
525.az xarici xəbərlərə istinadən yazır ki, Məclis 179 deputata xüsusi elektron məktub göndərərərk, onları "TikTok" proqramından istifadə etməkdən çəkinməyə və telefonlarından bu proqramı silməyə çağırıb.
Xatırladaq ki, bu ayın əvvəlində Avropa Komissiyası məxfilik problemləri və artan kibertəhlükəsizliyi əsas gətirərək, işçilərin iş telefonlarında və biznes məlumatlarına çıxışı olan şəxsi smartfonlarında "TikTok"dan istifadə etməyi müvəqqəti olaraq qadağan etmişdi.
Havar Şəfiyeva