525.Az

"Twitter" bütün dünyada çökdü


 

"Twitter" bütün dünyada çökdü<b style="color:red"></b>

Dünyanın hər yerindən "Twitter" istifadəçiləri səhər saatlarından etibarən "Twitter" lentinə daxil ola bilmirlər. 

525.az xarici mediaya istinadən xəbər verir ki, belə kəsilmələri izləyən "Down Detector" internet saytının məlumatına görə, problemlər səhər saatlarında başlayıb və bütün dünyada istifadəçilərə təsir edib. 

Kəsintinin səbəbi məlum olmasa da "Down Detector" hazırda 5000-dən çox problemin olduğunu qeyd edib. Şikayətçilərin 62 faizi proqramda, 34 faizi veb-saytda, 4 faizi isə server bağlantısı ilə bağlı problemlər olduğunu bildirib. 

Qeyd edək ki, məsələ İlon Maskın "Twitter"də daha 200 əməkdaşını, qalan işçi qüvvəsinin təxminən 10 faizini işdən çıxarmasından bir neçə gün sonra ortaya çıxıb. Şənbə günü elan edilən ixtisarlar "Twitter"in işçi qüvvəsini 2000-dən aşağı salıb.

Malik Atilay

 





01.03.2023    çap et  çap et