Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak ölkəsinin Rusiya ərazisinə hücum etmədiyini, müdafiə müharibəsi apardığını bəyan edib.
525.az xarici KİV-ə istinadən bildirir ki, Podolyak Rusiyadakı pilotsuz uçuş aparatının (PUA) hücumları ilə bağlı "Twitter" hesabından paylaşım edərək: "Ukrayna Rusiya ərazisinə hücum etmir. Ukrayna bütün torpaqlarını işğaldan xilas etmək üçün müdafiə müharibəsi aparır. Bu bir aksiomadır”, - ifadələrdən istifadə edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasında mülki infrastruktura hücum etməyə cəhd etdiyini açıqlayıb. Həmin gün PUA-lar Moskva vilayətində və Belqorodda vurulub.
Malik Atilay
çap et