525.Az

Astarada silahlı insident baş verib


 

Astarada silahlı insident baş verib<b style="color:red"></b>

Astara rayonunda silahlı insident baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 10-da rayonunun Ərçivan kəndində kənd sakini Teymur Baxşıyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Ruslan Şahverdiyevə ayaq nahiyəsindən xəsarət yetirib.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub. T.Baxşıyevin hadisəni törədərkən istifadə etdiyi tüfəng, habelə 1 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

 





10.07.2014    çap et  çap et