Finlandiya parlamenti ölkənin NATO-ya üzv olmasına icazə verən qanun layihəsini qəbul edib.
525.az Finlandiyanın YLE xəbər agentliyinə əsasən xəbər verir ki, parlament Finlandiyanın NATO-ya üzvlüyünü 184 lehinə, 7 əleyhinə səslə təsdiqləyib.
Sol Alyansın altı nümayəndəsi və "Hakimiyyət Xalqa məxsusdur"dan Ano Turtiainen NATO üzvlüyünün əleyhinə səs verib.
Qeyd edək ki, Finlandiyanın NATO-ya üzvlüyü Türkiyə və Macarıstan tərəfindən təsdiqlənərsə baş tutacaq. Hazırda 28 NATO ölkəsi Finlandiya və İsveçin NATO üzvlüyünü qəbul edib.
Malik Atilay
çap et