525.Az

“Windows 7” dayandırılır


 

“Windows 7” dayandırılır<b style="color:red"></b>

“Microsoft” korporasiyası bir neçə əməliyyat sisteminin, o cümlədən fərdi kompüter istifadəçiləri arasında ən populyar olan “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır.

Media forumun korporasiyanın rəsmi saytına istinadən verdiyi məlumatına görə, 13 yanvar 2015-ci ildə “Windows 7” əməliyyat sisteminin bütün versiyalarının (Enterprise, Home Basic, Home Premium, Ultimate və Starter) əsas dəstəklənməsi (Mainstream Support) başa çatır. Bu platformaların genişləndirilmiş dəstəklənməsi (Extended Support) 14 yanvar 2020-ci ilədək davam edəcək.

“Media forum” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, “Microsoft” 13 yanvar 2015-ci ildə “Windows Server 2008”, “Windows Storage Server 2008” və “Windows Embedded Handheld 6.5” versiyalarının əsas dəstəklənməsini də dayandıracaq. “Windows Phone 7.8” mobil versiyasının əsas dəstəklənməsinin başa çatma müddəti 9 sentyabr 2014-cü il müəyyənləşdirilib.

 





10.07.2014    çap et  çap et