525.Az

"İndi həm toylar əndazədən çıxıb, həm də yas məclisləri"


 

"İndi həm toylar əndazədən çıxıb, həm də yas məclisləri"<b style="color:red"></b>

(əvvəli ötən sayımızda) 

- Mən özüm olmuşam söhbət edib öyrənmişəm ki, Naxçıvanda çox gözəl bir təcrübə var. Naxçıvanda hüzr məclislərinə qaydası ilə çay, limon, bir halva çalıb süfrəyə qoyurlar. Başqa heç . Hamı da buna əməl edir. Orada bunu həyata keçirmək mexanizmini tapıblar. Bilirsiniz ki, məclis mollasız olmur. Bu baxımdan, Naxşıvanda da hər bir molla gəlir məclisin başında oturur "Yasin" surəsini oxuyur, ondan sonra "Fatihə" verir, salavatlar edilir ölənin ruhuna dualar oxunur. Mollaya da tapşırıq verilib ki, süfrədə artıq şeylər olmasın, icazə vermə, səni eşitmələr məclisi tərk et. Mollada da prinsipiallıq var, artıq şeylər olanda, məclisi tərk edir. Çünki etməsə, onun lisenziyası söhbəti var, o, cavabdehlik daşıyır sair. O biri tərəfdən insanlar da görürlər ki, molla güzəştə getmir mollasız da məclis olmaz, qoyulan qaydalara riayət edirlər. Düzdür, Qafqaz Müsəlmanları İdarəsi bir arada bu məsələnin üstünə düşdü 3 mərasimi ilə 7 mərasimini birləşdirdi, indi 3 7 bir dəfə verilir. Ehsana da iki dəfə qənaət olunur. Hamı buna getdi əslində bu yas sahiblərinə yaxşıdır, əlverişlidir. İnsanlar da artıq bilirlər daha demirlər ki, əşşi, bu gün getmərəm, 3- vaxtım yoxdur, 7- gedərəm. İmkan edir, gedir. Halbuki lap qabaqlar 7 gün mağar qurulur, yas mərasimi verilirdi. İndi yas 3 gün ərzində verilir, həmçinin, 3-7-ni birləşdirilir, bir 40 mərasimi. Yəni, hamı bu məsələnin üstünə düşəndə, hamı istəyəndə ki, bu məsələ düzəlsin- həm yuxarıdan, həm aşağıdan- o zaman bunu yoluna qoymaq mümkündür insanlar da anlamalıdırlar ki, əgər biz inkişaf ediriksə, əgər biz dünyadan, məsələn, Avropadan, lap elə qardaş, qonşu müsəlman dövləti Türkiyədən öyrəniriksə, götürürüksə, orada bu cür məclislər, bu cür təmtəraqlı yas, toy məclisləri olmur axı!

İndi şadlıq sarayları tikilib ki, az qala min adam tutur. Lap olsun 500. Bu qədər toyda adam olar? olub, xəbərdi? Bunlar borcdur, çağırmısan gəliblər, guya sən ordan pul yığmaq istəyirsən, ancaq səhər tezdən gedib banka ya kiməsə borcunu qaytarmalısan yaxud, çağırdığın adamın toyuna yazılmalısan. Toy məclisində , yas məclisində ən yaxın insanlar olmalıdır. İndi yasda məhdudiyyət qoyulmur, hərə özü gəlir. Amma bu toyda ki, dəvətnamələr paylanır, bir görürsən, salam-əleyküm etdiyin bir adam səhərisi gün gətirib bir dənə dəvətnamə verir deyir ki, subaylarınız üçün, filan. Gedən gedir, getməyən getmir. Amma toyda bu ailəyə yaxın insanlar, bir-birini tanıyan insanlar, simsar insanlar, yaxınlar, dostlar iştirak etməlidirlər. Bax, nəhayət burada bir qətiyyət lazımdır. Burada bir prinsipiallıq lazımdır.

Sözümün canı nədədir? Təkcə qanunun əli ilə bunları tənzimləmək olmaz, burada etik norma prinsiplərə, adət-ənənələrə təzədən baxıla bilər. Yəni ənənəni dəyişdirmək, yeniləşdirmək mümkündür. Bayaq dediyim kimi, 7 gün yas verirdik. Artıq 7 gündən 3 günə endirmişik. Sonra 3, 7, 40 verilirdi, artıq 3- 7-i birləşdirilib. Deməli, məsələnin üstünə düşəndə həll etmək olur. Bunu hamı etməlidir, heç deməli deyil ki, bu, simiclikdir, filandır. Ölüyə ehtiram ehsanla göstərilmir. Onu hörmətlə dəfn et, Quranın, "Yasin"in əskik etmə, get qəbir üstünü ziyarət et, o, yasinə, o ehsana sərf etdiyin pulun bir qismini elə qəbirüstünü götürməyinə xərclə. Ona görə belə hesab edirəm ki, ictimai rəydə dəyişiklik yaranmalıdır. Biz bəzən yasda düzülən süfrələrə baxır deyirik ki, əşşi, ehsan ver , bu nədir?! Yəni, camaat da öz arasında bəzən danışır, dəfələrlə eşitmişik ki, filankəs bir ehsan verdi ki,  - bir qədər xoşagəlməyən ifadə olsa - bir dənə arağı çatmırdı. Amma kimsə bunu ucadan demək, etiraz etmək istəmir. Bunu ucadan demək ona qarşı çıxmaq lazımdır ki, ilk növbədə varlı insanlar ki, ay bala, sən kasıbı da nəzərə al. Bunu belə edəndə olur axı...

- Necə hesab edirsiniz, biz jurnalistlərin, televiziya-radio kanallarının, eyni zamanda, ruhanilərin bu məsələdə xidməti, töhfəsi olmamalıdırmı?

- Təbii ki, olmalıdır bu, çox vacibdir. Çünki bunların həm nüfuzu var, həm ictimai rəyə təbliğat, maarifləndirmə, istiqamətləndirmə baxımdan təsir etmək gücləri var. Onlar insanları çağırmalıdırlar ki, bu cür yas məclisi vermək olmaz, israfçılıq etmək olmaz, burada qeyri-adi, ayıb, biabırçı bir yoxdur, bu, simiclik deyil. Eyni zamanda, toy məclislərini götürək, bu boyda da səs-küy olar? İndi o səsin, hay-küyün səbəbləri var. Özləri qəsdən tappa-turup edirlər ki, insanlar tez durub getsin, yeməklər qənimətə qalsın. Şadlıq evinin sahibi yoxlayır görür ki, hay-küy çox olanda insanlar bircə saat oturub çıxıb gedir, o zaman menyuda olan sonrakı yeməkləri az buraxır belə demək mümkünsə, oradan da bir az pul qırpır. Sonra bizim o "manıs"lar ki var - toy müğənniləri, onların səsi-zadı yoxdur, boğazları çatmır, gur səs qoyurlar ki, balaca mikrafonu tutsun, oradan guppultu-zad çıxsın, oxuya bilmədiyinin üstü örtülsün. Bu kimi səbəblər var. Amma bizim özümüzün təpkimiz, özümüzün prinsipiallığımız olsa, bunların qarşısını almaq olar. Qüvvələr birləşdirilməlidir, prinsipiallıq göstərib adətlərimizə zidd olanları dəyişmək lazımdır. Naxçıvanda bunu bacardılarsa, Azərbaycanın digər yerlərində bunu bacararlar. Yas mərasimləri ilə bağlı Naxçıvan təcrübəsini gəlin Azərbaycanın digər yerlərində tətbiq edək heç olmasa bu sahəni nizama salaq. Toylarda isə hökmən o cür israfçılığın qarşısı alınmalıdır. Çünki bunu hamı görüb təəccüblənir. Xaricdən kim gəlirsə, bizi bir az da ağılsız adam sayırlar ki, ağlınıza kül olsun, bu boyda neməti süfrəyə tökürsüz, artıq qalır, sonra da atırsız.

Onlar elə bilirlər atılır, əslində, heç elə deyil, əslində, restoran sahibi onları-artıq qalan yeməkləri o biri toylara ötürur... Bax bunu da bizə bir balaca normal düşünən, biznes təfəkkürü ilə düşünən insanlar olmadığımız kimi nöqsan bilirlər. Yəni, sizin başınız çıxmır, siz düzgün düşünüb, düzgün mühakimə edib, düzgün hərəkət etmirsiniz. Ona görə hamı burada birləşməlidir, bunu birlikdə aradan qaldırmaq mümkündür, bir sözlə, qətiyyətlilik, prinsipiallıq lazımdır.

Kamil HƏMZƏOĞLU

 





10.07.2014    çap et  çap et