525.Az

İlham Əliyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edib


 

İlham Əliyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edib<b style="color:red"></b>

"Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib".

525.az "Report"a istinadən xəbər verir ki, bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.

“Bu fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

 





02.03.2023    çap et  çap et