525.Az

Binəqədi rayonunda Elektron İnformasiya Köşklərinin təqdimatı keçirilib


 

Binəqədi rayonunda Elektron İnformasiya Köşklərinin təqdimatı keçirilib<b style="color:red"></b>

Dünən Binəqədi rayonunda Elektron İnformasiya Köşklərinin təqdimatı olub. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında reallaşan tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, "ASAN xidmət"in Strateji araşdırmalar sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov, Binəqədi RİH başçısı Aparatının məsul işçiləri geniş media nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov modern çevik idarəetmənin təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında təşkil edilməsi məqsədi ilə son illər mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. İ.Süleymanov bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfindən zəruri addımların atıldığını bildirib, Binəqədi Rayon İcra Hakimiyyətində Avtomatlaşdırılmış İnformasiya Sisteminin, qısa vaxt ərzində sakinlər tərəfindən böyük rəğbətlə qarşılanan yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq xüsusi texniki vasitələrlə müvafiq proqram təminatı ilə təchiz edilən Sakinlərin Müraciət Xidmətinin yaradılmasını qeyd edib. Bununla yanaşı, natiq Rayon İcra Hakimiyyətinin başçısı Aparatı ilə rayon ərazisində yerləşən idarə, müəssisə təşkilatlar arasında elektron şəkildə yazışmalar aparılması üçün həmin qurumlara avtomatlaşdırılmış informasiya sistemindən istifadə imkanı yaradılmasını da bildirib. O, Prezident İlham Əliyevin dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi işinə ayırdığı diqqətin vətəndaş məmnunluğuna nail olmaq baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Binəqədi RİH başçısı Aparatının Sənədlərlə vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri Elnur İmanov informasiya köşklərinin prinsipi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, hazırda rayon ərazisində İcra Hakimiyyətinin elektron informasiya köşklərinin Azadlıq prospekti 157 ünvanında yerləşən "Favorit" marketdə, 8-ci mikrorayon İ.Dadaşov küçəsi 60 ünvanında yerləşən "Bizim" marketdə   metronun "Azadlıq prospekti" stansiyasında quraşdırıldığını bildirib, yaxın gələcəkdə bu köşklərin əhatə dairəsinin genişlənəcəyi rayonun bütün inzibati ərazi dairələrini əhatə edəcəyi barədə məlumat verib. İnteraktiv formada keçirilən təqdimatda E.İmanov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Tədbir RYTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev "ASAN xidmət"in Strateji araşdırmalar sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərovun çıxışları ilə davam edib.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin elektron informasiya köşklərinin təbliğatı ilə əlaqədar hazırlanan sosial reklam çarxının nümayiş etdirilməsi ilə yekunlaşıb. Tədbirdən sonra qonaqlar media nümayəndələri Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanış olublar.

Vəfa MƏMMƏDLİ

 





10.07.2014    çap et  çap et