525.Az

Uşaq yazarı Solmaz Amanova ilə oxucuların görüşü


 

Uşaq yazarı Solmaz Amanova ilə oxucuların görüşü<b style="color:red"></b>

Martın 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazarı Solmaz Amanovanın kiçik yaş qrupu olan oxucularla görüşü keçirilib.

525.az xəbər verir ki, görüş zamanı yazıçıSolmaz Amanova  məktəblilərə “Şuşanın sehrli açarları”,  “Cəsur ayı və dostları”,  “İlmənin macəraları” və müəllifi olduğu digər kitablar haqqında ətraflı məlumat verib.

Yazıçı oxuculara Azərbaycan xalqının şanlı tarixi, vətən uğrunda qəhrəman övladlarımızın apardığı mübarizələr, qədim diyarımız Qarabağ, mədəniyyət beşiyimiz Şuşa, daim torpaqlarımıza göz dikmiş erməni quldurları haqqında məlumat verərək bildirib ki, biz düşmənimizi heç zaman unutmamalı, daim vətənimizin müdafiəsi, azadlığı, çiçəklənməsi üçün güclü olmalı, bu ənənəni nəsillərdən-nəsillərə ötürməliyik. 

Yazıçı həmçinin, müəllifi olduğu kitabların elektron versiyasını, əsərlərinə çəkilmiş animasiyaları və kitabları əsasında hazırlanmış interaktiv oyunları oxuculara təqdim edib.

Görüşün sonunda məktəblilər müəllifin sözlərinə bəstələnmiş mahnını ifa edib.Tədbirin əsas məqsədi uşaqlar arasında oxu mədəniyyətinin formalaşdırılması və  təbliği, kitaba həmçinin, mütaliəyə olan marağın artırılmasıdır.

 





02.03.2023    çap et  çap et