525.Az

"Azərbaycan memarlığı - yeni nəşrlər" təqdim olunub


 

"Azərbaycan memarlığı - yeni nəşrlər" təqdim olunub<b style="color:red"></b>

"Four Seasons" mehmanxanasında Memarlar İttifaqının təşəbbüsü ilə "Azərbaycan memarlığı - yeni nəşrlər" adlı təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın zəngin memarlıq nümunələrindən bəhs edən kitablara, jurnallara baxmış, müxtəlif memarlıq layihələri ilə tanış olublar. Tədbiri Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə açaraq son bir ildə Azərbaycan memarlığına aid Azərbaycan, rus, ingilis dillərində 25 adda kitab nəşr etdirdiklərini bildirib. Kitabların nəşri barədə danışan E. Qasımzadə onların ideya müəllifinin Prezident İlham Əliyev olduğunu bildirərək deyib: "İl yarım əvvəl Azərbaycan Memarlar İttifaqının qurultayında möhtərəm Prezidentimiz bizə dəyərli tövsiyələr verdi, memarlıq sənətinin dünənini, bu gününü özündə əks etdirəcək kitabların nəşrinin vacibliyini dedi. Bu işdə səriştəmiz az olduğundan mütəxəssislərlə məsləhətləşdik, redaksiya heyəti yaratdıq kitablarımızın nəşrinə başladıq. Kitabların çapında bizə dəstək verən, kömək edən hər kəsə minnətdarlığımızı bildiririk".

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin, iqtisadiyyatının inkişafından söhbət açıb, kitablara nəzər saldığını, memarlıq tariximizin yeni nəşrlərə köçürüldüyünü xatırladıb, bu qiymətli işdə əməyi olanları təbrik edib.

Nazir mədəniyyət abidələrimizin yeni formatda, maraqlı, gənclərimizin, turistlərin diqqətini cəlb edəcək şəkildə təqdimatına ehtiyac olduğunu bildirib.

Təqdimat mərasimində digər çıxış edənlər "Azərbaycan Respublikasının müasir dövrünün memarlıq nümunələri", "Erkən kapitalizm dövrünün memarlıq nümunələri", "Orta əsrlərin memarlığı", "Bakının memarlıq ensiklopediyası", "Azərbaycan memarlığının inkişaf yolları" nəşrlərinin digər kitabların xarici ölkələrdə yayılmasını tövsiyə edib, memarlara yaradıcılıq uğurları arzulayıb.

S.ABDULLAYEVA

 





10.07.2014    çap et  çap et