525.Az

Kannda Azərbaycan Günləri başlanıb


 

Kannda Azərbaycan Günləri başlanıb<b style="color:red"></b>

Fransanın Kann şəhərində Azərbaycan Günlərinə start verilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən iyulun 31-dək davam edəcək Azərbaycan Günləri "Azərbaycan cazı" konsert proqramı ilə başlanıb. Gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Konsertdə Azərbaycan cazının tarixini müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub.

Konsert proqramında Azərbaycan cazının müxtəlif çalarları, həmçinin muğam-caz tamaşaçılara xoş anlar yaşadıb.

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycanın tarixini, milli modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

Azərbaycan Günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcək.

Bu tədbirlər çərçivəsində Azərbaycan bayraqları banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaradıb.

Qeyd edək ki, Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunacaq. Həmçinin Avropa Oyunlarının təqdimatı ilə bağlı burada qaçış üzrə marafon keçiriləcək. Marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli hədiyyələr veriləcək.

S.ABDULLAYEVA

 





10.07.2014    çap et  çap et