525.Az

Abbasqulu ağa Bakıxanovun 220 illiyi ilə bağlı konfrans keçirilib


 

Abbasqulu ağa Bakıxanovun 220 illiyi ilə bağlı konfrans keçirilib<b style="color:red"></b>

Suraxanı rayon icra hakimiyyətinin Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli yazıçı, alim ictimai xadim Abbasqulu ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş konfrans gerçəkləşib.

Yubiley tədbirində Milli Məclisin deputatları, Təhsil, Mədəniyyət Turizm nazirliklərinin nümayəndələri, görkəmli alimlər rayon ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları Suraxanı rayonunun Əmircan kəndində anadan olmuş A. Bakıxanovun adını daşıyan parka gələrək burada aparılmış əsaslı təmir yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış olub ədibin parkda qoyulmuş büstünü ziyarət ediblər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov məlumat verib ki, Prezident İlham Əliyevin "Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında" 2014- il 12 fevral tarixli Sərəncamına uyğun olaraq ədibin adını daşıyan parkda geniş abadlıq işləri həyata keçirilib, burada qəsəbə sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılıb, Abbasqulu ağa Bakıxanovun büstü qoyulub.

Parkda incəsənət ustalarının ifasında Abbasqulu ağa Bakıxanovun sözlərinə yazılmış musiqi nömrələri səsləndirilib.

Sonra tədbir iştirakçıları Suraxanı rayonundakı Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzini ziyarət edib, Abbasqulu ağa Bakıxanovun onun haqqında yazılmış əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.

Mərkəzin elektron lektoriyasında öz işini davam etdirən konfransda İlqar Abbasov Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim şair Bakıxanovun həyat yaradıcılığından geniş söz açıb: "Ədib 1841-ci ildə yazdığı "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaradıb. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri var. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Abbasqulu ağa Bakıxanovun adı ilə sıx bağlıdır. O, fəlsəfə, astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər, Azərbaycan fars dillərində şeirlər yazıb, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanda Şərq Avropa mədəniyyətlərinin birləşməsi, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması sahəsində Mirzə Fətəli Axundzadənin sələfi olub. UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz layiqli töhfəsini verir, xalqımızın mədəniyyətinin, milli mənəvi dəyərlərinin təbliğində müstəsna rol oynayır".

Konfransda AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü, əməkdar elm xadimi, professor Yaqub Mahmudovun, mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyevin, Milli Məclisin deputatlarından Nizami Cəfərovun, Musa Quliyevin başqalarının Abbasqulu ağa Bakıxanovun çoxşaxəli fəaliyyəti haqqında maraqlı məruzələri dinlənilib.

Abbasqulu ağa Bakıxanov nəslinin nümayəndəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Tofiq Bakıxanov mədəniyyətimizə göstərilən diqqət qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





10.07.2014    çap et  çap et