Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus yığmasının "DÇ-2014"dəki çıxışını dəyərləndirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Matteus Almaniya millisindən finalda şou gözləmədiyini bildirib:
"Yoahim Löv Qana və Fransa kimi komandalara qarşı ehtiyatlı, Braziliya ilə matçda isə hücum futbolu oynamağın lazım olduğunu yaxşı anlayır. Onun komandası Braziliya ilə görüşdə rəqibin səhvlərindən maksimum yararlandı. Ancaq finalda almanlardan şou gözləmirəm. Onların meydana hansı taktika ilə çıxacaqlarını da bilmirəm. Bütün top komandaların müxtəlif taktikası olur. Bu dünya çempionatında Almaniya millisi də fərqli taktikalarla oynayır. Onlardan yalnız qələbə gözləyirəm".
çap et