ABŞ dövlət katibi Entoni Blinken Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb.
525.az xəbər verir ki, bu barədə Blinken tvitter hesabında paylaşım edib.
“Dostum Annalena Berbokla G20-də danışmaq xoşdur. Rusiyanın amansız müharibəsinin davam etdiyi bir vaxtda Ukraynaya davamlı dəstəyimizi müzakirə etdik. Qlobal çağırışları birlikdə həll etməyə davam edərkən biz Almaniya ilə güclü tərəfdaşlığımızı yüksək qiymətləndiririk”, - deyə Blinken bildirib.
Havar Şəfiyeva
çap et