525.Az

ABŞ Çinə təzyiqləri artırır: tərəflər arasında gərginlik artır - Kənan Novruzov yazır


 

ABŞ Çinə təzyiqləri artırır: tərəflər arasında gərginlik artır - <b style="color:red">Kənan Novruzov yazır</b>

ABŞ Çinə sanksiya tətbiq etməyə hazırlaşır. Bu barədə “Blomberq” diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, rəsmi Vaşinqton bununla bağlı artıq müttəfiqlərini məlumatlandırıb.

“Çin Ukraynadakı müharibə ilə bağlı Rusiyaya silah tədarük edərsə, ABŞ bu dövlətə sanksiya tətbiq edəcək. Vaşinqton sanksiyaların tətbiqi ilə bağlı müttəfiqləri ilə, xüsusilə G7 ölkələri ilə məsləhətləşmələrə başlayıb”, - adının açıqlanmasını istəməyən diplomat deyib.

ABŞ-nin Çinə konkret hansı sahələr üzrə sanksiyalar tətbiq etməyi planlaşdırdığı hələ bəlli deyil.

Əvvəllər də dediyimiz kimi, hazırda Qərbin üç əsas rəqibi var: Rusiya, İran və Çin.

ABŞ Rusiyanı Ukraynadakı "bataqlığa çəkdi". Ardınca İran müharibəyə qoşuldu. Beləliklə, Qərbin Tehrana təzyiqlərinin artmasına şərait yarandı. Bundan sonra İran daxilində aksiyalar başlandı. İrandakı etirazlarda Qərbin əlinin olması şübhəsizdir. 

İndi isə növbə Çindədir. Əlbəttə, Pekin Moskva və Tehrana nisbətən Vaşinqton üçün daha çətin rəqibdir. Qərb mümkün qədər çalışır ki, Çinlə iqtisadi müharibə aparsın. 

Xüsusilə Qərb mediası Çinin Rusiyaya silah verə biləcəyinə dair məlumat yayır. Əlbəttə, bu mümkündür. Pekinin yaxın gələcəkdə Moskvaya hərbi dəstək verməsi tamamilə gözləniləndir. Bununla belə, deməliyik ki, yayılan məlumatlar həm də informasiya müharibəsinin tərkib hissəsidir. Qərb bu yolla Çinə təzyiq göstərmək üçün şərait yaradır. 

Yəqin ki, yaxın gələcəkdə Qərb mediasında oxşar məzmunlu xəbərlərə yenə rast gələcəyik. 

Doğrudur, ABŞ-nin Çinə sanksiya tətbiq etməsi asan məsələ deyil. Bu, ikibaşlı addımdır. Əgər "Blomberq"in ıddia etdiyi kimi olarsa, Pekin adekvat addım atacaq. Bu isə tərəflər arasındakı gərginliyi daha da artıracaq. Sözsüz ki, Ağ Evdə bunu başa düşürlər. 

Çinin Rusiyaya silah verməsi əslində Qərbə sərf edir. Bu zaman sanksiyaların tətbiqi üçün lazımi şərait yaranacaq. Gələcəkdə ABŞ-nin Çinə embarqo tətbiq edəcəyi gözlənilir. Amma hətta bu olmasa belə, tərəflər arasındakı gərginlik getdikcə artacaq. 

 





03.03.2023    çap et  çap et