525.Az

Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşüb


 

Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşüb<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı tviterdə qeyd edib.

BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak etmək üçün Qətərdə səfərdə olan türkiyəli diplomat zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkürünü bildirib:

“Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”.

 





05.03.2023    çap et  çap et