525.Az

Donetskdə girov götürülən azərbaycanlı azad edildi


 

Donetskdə girov götürülən azərbaycanlı azad edildi<b style="color:red"></b>

Ukraynanın Donetsk vilayətində girov götürülən azərbaycanlı azad edilib.

Bu barədə APA-ya Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.
 
E.Zahidov qeyd edib ki, 18 yaşlı Elvin Rasim oğlu Qasımov Azərbaycanın Ukraynadakı səfirliyi, DİN-in səfirlikdəki rəsmi nümayəndəsi polkovnik Şahin Qocayev və yerli hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bir saat əvvəl azad olunub: “O, artıq sağ-salamat ailəsinə təhvil verilib”.
 
Qeyd edək ki, bu gün APA Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlıların bir azərbaycanlı ailəsinin 4 üzvünü girov götürməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, ailənin 3 üzvü qohumların və Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad edilsə də, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov saxlanılıb.

 





10.07.2014    çap et  çap et