525.Az

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib


 

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib<b style="color:red"></b> Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir: "Monqolustanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi diləyirəm".
 





10.07.2014    çap et  çap et