FİFA Apelyasiya Komitəsi Uruqvay milli komandasının və “Liverpul”un hücumçusu Luis Suareslə bağlı verilən şikayətə baxıb.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, komitə apelyasiya şikayətinin rədd olunması ilə bağlı qərar qəbul edib.
Beləliklə, L.Suareslə FİFA-nın İntizam Komitəsi qərarları qüvvədə saxlanılıb.
Xatırladaq ki, FİFA İntizam Komitəsi DÇ-2014-ün İtaliya millisinə qarşı matçında rəqib futbolçu Corco Kyellinin çiynini dişlədiyi üçün Suaresə millidə doqquz matçda meydana çıxmaq və dörd ay rəsmən futbol oynamaq qadağası qoyub.
çap et