525.Az

Obamaya marixuana çəkməyi təklif etdilər


 

Obamaya marixuana çəkməyi təklif etdilər<b style="color:red"></b>

Kolorado ştatına səfəri zamanı barlardan birinə girən ABŞ prezidenti Barak Obamaya marixuana çəkmək təklif olunub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezident heç bir söz demədən təklifi gülüşlə qarşılayıb. Kolorado ABŞ-da mağazalarda narkotik satışına icazə verilən ilk ştatdır. Bu razılıq bu il yanvarın 1-dən qüvvəyə minib. Barak Obama isə yanvar ayına “New Yorker” nəşrinə müsahibəsində bəyan edib ki, marixuana çəkməyi pis vərdiş hesab edir.

Vaşinqton və Kolorado ştatlarında marixuananın leqallaşdırılması ilə bağlı 2012-ci ilin noyabr ayında referendum keçirilib. Referendumda iştirak edənlərin 21 yaşdan yuxarı vətəndaşlar üçün marixuana çəkilməsinin leqallaşdırılmasının lehinə səs veriblər. 

 





11.07.2014    çap et  çap et