525.Az

Baş nazir Kallasın partiyası Estoniya seçkilərində birinci olub


 

Baş nazir Kallasın partiyası Estoniya seçkilərində birinci olub<b style="color:red"></b>

Estoniyada keçirilən ümumi seçkilərdə Baş nazir Kaja Kallasın rəhbərlik etdiyi sağ mərkəzçi İslahat Partiyası yarışı böyük fərqlə qalib gəlib. Onlayn səsvermənin də keçirildiyi seçkidə seçici fəallığı 63,7% təşkil edib.

525.az xəbər verir ki, sağ mərkəzçi İslahat Partiyası 31,5 faiz səs toplayıb. Martin Helmenin rəhbərlik etdiyi sağçı populist EKRE partiyası 16,1 faiz səs toplayıb və yarışı ikinci yerdə başa vurub.

Bu nəticə ilə Moskvaya qarşı sanksiya tətbiq etmək üçün beynəlxalq çağırışları ilə tanınan 45 yaşlı Kallas digər partiyalarla koalisiyaya qoşularaq ikinci dəfə Baş nazir kürsüsünə oturacaq. 

Kampaniya zamanı əsas gündəm isə hazırkı hakimiyyətin Ukraynadakı müharibəyə dəstəkçi münasibəti və ölkədəki yüksək inflyasiya idi.

Qeyd edək ki, 9 siyasi partiyanın iştirak etdiyi seçkilərdən sonra 900 mindən çox seçicisi olan ölkənin 101 yerlik parlamentinin üzvləri müəyyənləşəcək.

Fərid Sançar

 





06.03.2023    çap et  çap et