525.Az

Tarix soraqlı, yurd sevdalı yeni kitab


 

Tarix soraqlı, yurd sevdalı yeni kitab<b style="color:red"></b>

Yurda bağlılıq, yurda sevgi türk xalqının qanında, canında ilmə kimi toxunulmuş genetik yaddaşın əsas prinsipidir. Bu mənada torpaq, el, oba kimi anlayışların müqəddəsliyi tarixin səhifələrinə həkk olunur. Bu tarixi oxuyan nəsillər özündən sonra gələn nəsillərə müqəddəs anlayışları ötürür, tarixin həqiqətlərini təlqin edir.

Yurd anlayışının müqəddəsliyini tarixə köçürənlərdən biri də tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Ağız və üz-çənə cərrahı Fərman Həsənovdur.

Bu yaxınlarda müəllifin "İbrahimhacılı" adlı kitabı işıq üzü görüb. Kitabda Tovuz rayonunun İbrahimhacılı kəndinin tarixi, toponimi, etnosu, ziyalıları, müəllimləri, həkimləri, Vətən müharibəsi iştirakçıları haqqında məlumat verilib.

Redaktoru yazıçı, publisist Vaqif  İsaqoğlu olan kitabda "İbrahimhacılı" kəndinin tarixinə nəzər salınmaqla yanaşı, kəndin ictimai-sosial ab-havası, milli xüsusiyyət və ənənələrinin zənginliyi diqqətə çatdırılıb.

Qeyd etmək lazımdır ki, "İbrahimhacılı" kitabının çap olunması "diyarşünaslıq" və "toponim" sahələrinə yeni üfüq açmış olur. Toponimsiz ölkə, dövlət, xalq, etnos yox dərəcəsindədir. Bu mənada kitab unikallığı ilə seçilir. Həmçinin, zamanın qabaqcıl şəxsiyyətlərinin həyat və fəaliyyət yoluna işıq salınıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 





07.03.2023    çap et  çap et