525.Az

“BMW” və “Hyundai” toqquşdu: 1 ölü, 6 yaralı - Yenilənib


 

“BMW” və “Hyundai” toqquşdu: 1 ölü, 6 yaralı - <b style="color:red">Yenilənib</b>

Kürdəmirdə baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub. 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza zamanı Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Hamlet Ramiz oğlu Qarayev hadisə yerində ölüb. 

Qəza zamanı Tərtər rayon sakinləri - 2007-ci il təvəllüdlü Nail Azər oğlu Nurullazadə, 1985-ci il təvəllüdlü Güləndam Mobil qızı Nurullayeva, 1964-cü il təvəllüdlü Sənubər Pəriş qızı Musayeva, 1962-ci il təvəllüdlü Mobil Bəhmən oğlu Musayev ağır bədən xəsarətləri alıblar.

Qəza zamanı xəsarət alan 4 nəfər şəxs bir ailənin üzvü olub.

*****

10:54

Kürdəmirdə ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 170-ci kilometrliyində Kürdəmir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” və “Hyundai Sonata” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb. 

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 





11.07.2014    çap et  çap et