525.Az

Gürcüstanın paytaxtı Tbilisdə və daha 10 şəhərdə qadınlar aksiya keçirir


 

Gürcüstanın paytaxtı Tbilisdə və daha 10 şəhərdə qadınlar aksiya keçirir<b style="color:red"></b>

Gürcüstanın paytaxtı Tbilisdə qadınlar aksiya keçirməyə başlayıb.

525.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yürüş iştirakçıları əllərində plakatlarla Birinci Respublika meydanından parlament binasına qədər irəliləyirlər.

Yürüş Tbilisidən başqa Gürcüstanın daha 10 şəhərində keçirilir.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

 





08.03.2023    çap et  çap et