İşğalçı Dağlıq Qarabağ rejiminin hərbi dairələri iyulun 10-da açıqlama yayaraq cəbhə bölgəsində, Kəlbəcər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə aid kəşfiyyat-diversiya qrupunu zərərsizləşdirdiyini iddia edib. Məlumatda tutulan hərbi qulluqçulardan birinin 1968-ci il doğumlu Quliyev Şahbaz Calal oğlu olduğu bildirilir. Şahbaz Quliyevin rütbəsi barədə bilgi verilməsə də, onun Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olduğu vurğulanır.
525.az-ın məlumatına görə, Azərbaycanın Müdafiə Nazirliyi iyulun 11-də bu iddialarla bağlı rəsmi açıqlama yayıb.
Nazirlik bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.
çap et