525.Az

Erməni parlamentarilərin və Qrossun növbəti səfehləməsi


 

Erməni parlamentarilərin və Qrossun növbəti səfehləməsi<b style="color:red"></b>

Bu günlərdə diplomatik xidmət orqanlarının beşinci toplantısında Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Avropa Şurasında antiazərbaycan qrupu fəallıq göstərir bunun arxasında da erməni lobbisi dayanıb: "Sizə yaxşı məlumdur ki, erməni lobbisinin bir nömrəli hədəfi Azərbaycandır. Onlar bütün güclərini səfərbər edərək Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri hər yerdə - mediada, digər ölkələrin hökumət dairələrində, ictimai qurumlarda fəaliyyət göstərir. Onlar çox dərinlərə kök atıblar Azərbaycanı özlərinə bir nömrəli hədəf seçiblər, bizə hər tərəfdən hücum etmək istəyirlər" - deyə prezident qeyd etmişdi.

Prezidentin bu bəyanatı müxalifət tərəfindən özlərinə xas şəkildə izah olundu. Müxalifət ənənəsinə uyğun olaraq hakimiyyəti ölkədə siyasi azadlıqların boğulduğuna əhəmiyyət verməməkdə hər şeyi bədnam erməni faktorunun üzərinə yıxmaqda günahlandırdı.

Lakin bir neçə gün əvvəl AŞPA-ya prezidentin sözlərini hər şeydən yaxşı təsdiqləyən pezolyusiya təqdim olunub. 13570 №-li sənəddə Azərbaycan hakimiyyətinin araşdırmaçı jurnalistləri təqib etdiyi ölkədəki korrupsiya barədə məlumat verilərək bu haqda ölçü götürülməsinə çağırış edilir. Bu sənədin müəlliflərinin təşəbbüskarlarının azərbaycanlı jurnalist hüquq müdafiəçiləri deyil, başda Azərbaycan hökumətinin baş əleyhdarı Andreas Qross olmaqla, erməni parlamentariləri Arpina Ovanesyan Levon Zarubyanın olması diqqət çəkir.

"Azərbaycanda olan korrupsiyadan yazan araşdırmaçı jurnalistlərin təqib olunması Parlament Assambleyasında ciddi narahatlıq doğurur. Xədicə İsmayılovanın timsalında bu, parlaq bir nümunədir. Azərbaycan hökuməti öz tənqidçilərini susdurmaq üçün bu təcrübədən istifadə edir. Bununla əlaqədar beynəlxalq hökumət qeyri-hökumət təşkilatları jurnalistlərin qondarma ittihamlarla həbs edildiyindən narahatlıq keçirirlər. Transparancy International Azərbaycanın korrupsiyaya görə 127-ci mövqedə olduğunu qeyd edib ki, bu da ölkədə korrupsiyanın masştabını göstərir" - deyə sənəd müəllifləri qeyd ediblər.

Sənəddə həmçinin söz azadlığıyla bağlı vəziyyət tənqid olunur qeyd edilir ki, bu yaxınlarda qəbul edilmiş qanunla onlayn-KİV- böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulub.

"Biz AŞPA- jurnalistlərin fəalların müdafiəsi ilə bağlı dərhal ölçü götürməyə, Azərbaycan hakimiyyətini isə siyasi baxışlarına görə həbs olunanları dərhal azad etməyə çağırırıq", - deyə bildirilir.

Ədalət naminə qeyd edək ki, bu sənəd AŞPA-da müzakirəyə çıxarılmayacaq, olsa-olsa yalnız Azərbaycan hökumətinin baş əleyhdarının erməni lobbisinin səfehləməsi kimi yadda qalacaq. 

 

 





11.07.2014    çap et  çap et