525.Az

KİV nümayəndələri Bakı Sağlamlıq Mərkəzində olublar


 

KİV nümayəndələri Bakı Sağlamlıq Mərkəzində olublar<b style="color:red"></b>

Dünən Səhiyyə Nazirliyi Azərbaycanın  böyük tibb müəssisələrindən  biri olan Bakı Sağlamlıq Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı" günü keçirib.

Bir neçə ay əvvəl ölkə başçısının açılışını etdiyi Bakı Sağlamlıq Mərkəzi əhaliyə müraciət edib.

Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Qədirov jurnalistlərə mərkəz barədə məlumat verib. O qeyd edib ki, əvvəllər bu ərazidə onkoloji dispanser yerləşib. 2011- ci ilə həmin dispanser sökülərək yerində BSM-nin təməli qoyulub. 2014- ilin yanvarın 7- prezident tərəfindən mərkəzin açılış mərasimi olub. Martın 17-dən mərkəz fəaliyyətə başlayıb. Xəstəxana 550 çarpayılıqdır. 1,2 ha sahədə yerləşir. Tikinti "Atilla" şirkəti tərəfindən layihələşdirilib. Mərkəz, 12, 5 , 6 mərtəbəli binalardan ibarətdir. Altı mərtəbəli binada əsasən əməliyyatxanalar, cərrahiyə, reanimasiya, qəbul , şüa diaqnostika şöbələri yerləşir. İnzibati yəni beş mərtəbəli korpusda endokrinalogiya, lor, nevralogiya, terapiya şöbələri fəaliyyət göstərir. 12 mərtəbəli blokda əsasən doğum şöbəsi yerləşir. Ümumilikdə mərkəzin 9 əsas, 7 yardımçı şöbəsi var. Doğum şöbəsinin isə özünün ayrıca 9 yardımçı bölməsi fəaliyyət göstərir. Direktor əlavə edib ki, xəstələrə gündə üç dəfə, endokrinoloji xəstələrə isə dörd dəfə yemək verilir: " Yeməklər 1 nömrəli xəstəxanadan mərkəzləşdirilmiş qaydada gəlir. Xəstəxanaya kənardan qida məhsullarının gətirilməsi, siqaret çəkmək, pəncərələri açmaq qadağandır. Binada mərkəzləşdirilmiş çiller, qazanxana, kondisioner sistemi var. Mərkəz bütün son avadanlıqlarla təchiz olunub. Burada uzi, emerte, kompyuter tomoqrafiya aparatları var. Xəstələr iki nəfərlik palatalarda yerləşdirilir. Palatalarda çağırış sistemi, hər otağın ayrıca hamam, tualeti var. Tərlan Quliyev bildirib ki, Bakı Sağlamlıq Mərkəzi dövlət xəstəxanasıdır xidmətlər pulsuzdur.  Səhiyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinin qərarı ilə hər xəstə qeydiyyatda olduğu rayondakı xəstəxanada müayinə olunmalıdır. Şəkərli diabet, lor xəstələrini isə bura kənar rayonlardan göndərə bilərlər. Mərkəz açılandan bu günə kimi ən çox xəstələr endokrinoloji nevraloji şöbəyə müraciət edirlər. Xəstəxanada müasir avadanlıqlarla işləyən 6-ya yaxın uzman həkim var.

Bakı Sağlamlıq Mərkəzində bu günə kimi 15-20% qeysəriyyə əməliyyatı ilə doğuş edilib. Bunu jurnalistlərə Bakı Sağlamlıq Mərkəzinin doğum şöbəsinin müdiri Rəşad Sultan deyib. Onun sözlərinə görə, xəstələr arasında təbii yolla doğuşa üstünlük verənlərin sayı daha çoxdur. "Bir- iki il əvvəl qeysəriyyə yolu ilə doğuşa maraq daha çox idi. Amma indi bunun azaldığını müşahidə edirik. Qeysəriyyə əməliyyatının azalmasına səbəb praflaktiki maarifləndirmə tədbirlərinin həyat keçirilməsinin rolu böyükdür. Onun sözlərinə görə, çox vaxt analar təbbi yolla doğuş eləməkdən qorxurlar. Xəstə qorxusunu da göstəriş hesab etmək olar. Xəstədə ciddi fobiya varsa, onda qeysəriyyə eləmək münkündür. Bizdə qeysəriyyə əməliyyatı 15-20%-dir. Xəstəxana açılandan 42 nəfər təbii 7 nəfər isə qeysəriyə əməliyyatı ilə doğuş ediblər. Bu da o deməkdir ki, olan doğuşların 5/1 qeysəriyyə əməliyyatı yolu ilə olub. Fizioloji doğuş 12-16 saat, təkrar doğuşdan isə 6-7 saat çəkir.

Sonra jurnalistlər Bakı Sağlamlıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Vəfa MƏMMƏDLİ

 





11.07.2014    çap et  çap et