525.Az

Abbas Abbasov SSRİ-ni bərpa etmək istəyir


 

Abbas Abbasov SSRİ-ni bərpa etmək istəyir<b style="color:red"></b>

Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, "AzerRos" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov diqqətçəkici açıqlama ilə çıxış edib. O, Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı Rusiya xalqlarını bu məclisin ətrafında birləşməyə çağırıb. A.Abbasov belə deyib: "Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir ələ düşməyəcək. Gəlin Rusiya Xalqları Məclisinin ətrafında birləşək milli-mədəni muxtariyyətlərimiz üzrə hərəkət edək".

A.Abbasov bir qədər irəli gedərək qeyd edib ki, indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir.

Əslində A.Abbasovun bu çıxışı qeyri-adi qarşılanmamalıdır. Çünki o, hər zaman Azərbaycan dövlətçiliyinin əleyhinə aparan, daha dəqiq desək "sapı özümüzdən olan baltalardandır".

Onun bu məzmunlu çıxışı ilk belə hal deyil. A.Abbasov demək olar ki, hər vəchlə Azərbaycan dövlətçiliyinə zərbə endirməyə çalışaraq, Rusiya təəssübkeşi qismində çıxış edir.    

Təəssüflər olsun ki, milli mənsubiyyətinə görə azərbaycanlı adını daşıyan bir sıra şəxslər kimi A.Abbasov da Vətən, xalq millət məfhumlarını ayaqlar altına ataraq şəxsi maraqlar müstəvisində fəaliyyət göstərir. Görünür, onun üçün Sovet, Çar Rusiyasının xalqımızın başına gətirdiyi oyunların, qırğınların əhəmiyyəti yoxdur. Adını azərbaycanlı qoymuş bir şəxs belə olayları, tarixi faktları necə unuda bilər? Belə çıxır ki, bu şəxs ölkəsinin tarixinə, milli-mənəvi dəyərlərinə, müstəqilliyinə taleyinə neqativ, laqeyd münasibət bəsləyir. Onun hər fürsətdən istifadə edərək ölkəmizə qarşı oynayan oyunların aləti olması ya buna çalışması düşmən münasibətdən başqa bir şey deyil.

Təəssüf ki, hazırkı dövrdə "sapı özümüzdən olan baltalar"dan olan A.Abbasov hər vəchlə müstəqilliyimizə suverenliyimizə qarşı çıxış edir. O, müxtəlif vaxtlarda dövlətimizə qarşı fikirlər səsləndirir. Əslində bu şəxsin müstəqilliyimizə qarşı səsləndirdiyi fikirlər təsadüfi deyil. Çünki SSRİ dağılan zaman müstəqilliyin əleyhinə səs verənlərdən biri, məhz A.Abbasov olub. Onun SSRİ sevdalısı olması ötən ilin iyununda da özünü göstərmişdi. Belə ki, Rusiya KİV-inə müsahibəsində Sovetlər Birliyindən ağızdolusu danışan baş nazirin sabiq birinci müavini hələ SSRİ nostalgiyasında olduğunu gizlətməmişdi. Anti-milli mövqeyini "ağsaqqal" son çıxışı ilə bir daha təsdiqləmiş oldu.

Təəssüf doğuran məqam isə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin, erməni lobbisinin ölkəmizə qarşı qara niyyətlərini həyata keçirmək üçün anti-milli şəxslərdən istifadə etmələridir. Təəssüf ki, A.Abbasov da həmin qüvvələrin aləti rolunu oynayaraq "düşmən dəyirmanına su tökür". Görəsən, düşmən qüvvələrin əlində alət olmaq müstəqilliyimizə xidmət etməkdən daha şərəflimi işdir?

Heç şübhə yox ki, ictimaiyyət A.Abbasov kimi şəxsləri daim qınaq hədəfinə çevirərək, onların öz çirkin niyyətlərini həyata keçirmələrinə imkan verməyəcək. Ona görə ki, müstəqilliyimiz bizə şəhidlərimizin qanı, torpaqlarımızın işğalı bahasına başa gəlib.

A.Abbasovun məlum davranışının Azərbaycanın milli maraqlarına zidd olduğunu deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qeyd edib ki, o, belə bir mövqe bildirməklə çox ciddi siyasi səhvə yol verir. O, belə deyib: "Bununla belə, Moskvaya sığınmış bir adamdan başqa bir mövqe gözləməyə dəyməz. Bilirik ki, cəbhə hakimiyyəti dövründə yüksək vəzifəyə gətirilmiş Abbasovun Rusiya ilə çox sıx bağlılığı var. Bu baxımdan, onun belə danışmağının səbəbi aydındır. Amma Abbasov çox yüksək dövlət vəzifəsi tutmuş şəxs kimi bilməli idi ki, onun bu cür fikirləri Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil. Bu, çox səhv, hətta təhlükəli yanaşmadır. Görünür, Abbasovun Rusiyadakı biznesi onun üçün Azərbaycanın maraqlarından daha üstündür".

Politoloq Qabil Hüseynli A.Abbasovun açıqlamasını sovet təfəkkürünün növbəti təzahürü adlandırıb. Onun sözlərinə görə, A.Abbasov kimilərin intellektual səviyyəsi belə həssas mövzuları düzgün dəyərləndirib nəticə çıxarmağa imkan verən səviyyədə deyil: "Sovet vaxtında Rusiyanın XIX əsrdə Azərbaycanı işğal etməsi könüllü birləşmək kimi təqdim olunurdu. Amma məlumdur ki, o dövrki Azərbaycan xanlıqlarının mütləq hissəsi Rusiya işğalına qarşı mübarizə ararıblar. Hətta işğaldan sonra da Azərbaycan xalqının müstəmləkəçiliyə qarşı mübarizəsi bu ya başqa formada uzun müddət davam edib. SSRİ-nin dağılmasına təəssüflənmək, Rusiyanın Azərbaycanı işğal etməsinə müsbət don geyindirmək cəhdidir. Təəssüf ki, milliyyətcə azərbaycanlı olan A.Abbasov öz şəxsi maraqları naminə bu cür ağlasığmaz mövqe sərgiləyir".

Qeyd edək ki, A.Abbasov əlinə danışmaq imkanı düşən kimi SSRİ, Rusiya təəssübkeşi kimi çıxış edir. Azərbaycanın baş nazirinin keçmiş birinci müavini hələ bir müddət öncə Rusiyanın Ukraynaya qoşun yeritməsini dəstəkləmişdi. O, sensasion məqalə ilə çıxış edərək Rusiyanın Ukraynaya ordu yeritməsinə don geyindirməyə çalışaraq, Vladimir Putinin bu addımını dəstəklədiyini bildirmişdi.

Şübhəsiz ki, "Milyarderlər ittifaqı"nın Ağsaqqallar Şurasının rəhbəri Putinin Ukraynaya hərbi müdaxilə qərarını dəstəkləyərək bu cür geniş təbliğ edərək açıq-aşkar Kremlin keçmiş sovet respublikalarına qarşı planlarının dəstəkçisi olduğunu nümayiş etdirir.

O, həmçinin keçmiş SSRİ-nin dağılmasından məyusluğunu da gizlətmir keçmiş sovet respublikalarını yenidən Rusiya ətrafında birləşməyə çağırır. Ən maraqlı diqqəti çəkən məqam da məhz Abbas Abbasovun keçmiş İttifaqın bütün respublikalarının vahid siyasi, iqtisadi sosial məkanın (yəni, SSRİ-nin) dağılmasını ağrılı qarşıladığını iddia etməsidir.

Bütün bunlar onu göstərir ki, A.Abbasov Azərbaycan xalqının müstəqilliyindən məmnun deyil SSRİ-ni bərpa etməyə açıq çağırış edir.

AZƏR

 





11.07.2014    çap et  çap et