525.Az

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Vilayət Quliyev” adlı biblioqrafiya nəşr edilib


 

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Vilayət Quliyev” adlı biblioqrafiya nəşr edilib<b style="color:red"></b>

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilib.

525.az xəbər verir ki, təqdim edilən biblioqrafiyada 1969-2022-ci illəri əhatə edən zəngin material toplanıb. Vəsaitdə “Vilayət Quliyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqında” bölmələri, siyasətçinin elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, həmçinin, həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.

Biblioqrafiyada Vilayət Quliyevin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əhatə olunub. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə bölmələrə ayrılıb.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/V.Quliyev.pdf linkindən istifadə edə bilərlər.

Vilayət Quliyev.png

 





09.03.2023    çap et  çap et