525.Az

Tərtərdə 34 yaşlı kişi minaya düşüb - YENİLƏNİB


 

Tərtərdə 34 yaşlı kişi minaya düşüb - <b style="color:red"> YENİLƏNİB</b>

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib.

Bu barədə 525.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

xxx

Tərtərdə 34 yaşlı kişi minaya düşüb.

525.az xəbər verir ki, bu barədə "Report"un sorusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib

Qeyd edilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".

 





09.03.2023    çap et  çap et