525.Az

“Azəryolservis” sürücülərə müraciət etdi


 

“Azəryolservis” sürücülərə müraciət etdi<b style="color:red"></b> Bərpa işləri ilə bağlı Binəqədi qəsəbəsini Xırdalan qəsəbəsi ilə birləşdirən 4-cü Qapı küçəsi hissə-hissə bağlanacaq.

Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-dən Lent.az-a verilən məlumata görə, işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulan küçədə iyulun 11-i gecə saat 10-11 radələrində dəmiryol körpüsünün yaxınlığında yerləşən “Dörd yol”adlanan ərazidən Binəqədi qəsəbəsi istiqamətinə 1,5 km hissədə nəqliyyatın hərəkəti tam  dayandırılacaq.
 
Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
 





11.07.2014    çap et  çap et