Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariyanın DÇ-2014-ün Almaniyaya qarşı bazar günü keçiriləcək final matçında oynamaq şansı var.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, zədəsi səbəbindən yarımfinal matçını buraxan “Real”ın təcrübəli futbolçusu son məşqdə imkanlarından 60-80 faiz səviyyəsində məşq edib.
Həkimlər isə futbolçunun zədəsinin bərpasında ciddi irəliləyiş olduğunu bildiriblər.
Xatırladaq ki, di Mariya Belçika ilə 1/4 final qarşılaşmasında ombasından zədə alıb. 26 yaşlı futbolçu cari mundialda beş oyunda meydana çıxıb və bir qol vurub.
çap et