525.Az

Suqovuşan döyüşlərinin şəhidi mayor Novruz Əsgərov


 

Suqovuşan döyüşlərinin şəhidi mayor Novruz Əsgərov<b style="color:red"></b>


Bu gün haqqında söz açacağım qəhrəmanımız Ağdam rayonundan olan Vətən müharibəsi şəhidi mayor Novruz Ələddin oğlu Əsgərovdur.

Novruz Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1986-ci ildə Ağdam Quzanlı kənd tam orta  məktəbinin I sinfinə daxil olub və 1997-ci ildə həmin məktəbin XI sinfini bitirib. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub və 2001-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib. Sonralar hərbi təhsilini Türkiyə Respublikasında davam etdirib.
Hərbi xidməti Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi döyüşlərində iştirak edib.

Şəhid Novruz Ələddin oğlu Əsgərov ailəli idi, onun iki övladı yadigar qaldı. Böyük övladı Toğrul 4-cü sinifdə, balaca övladı Raul isə 2-ci sinifdə oxuyur.

Şəhidin böyük qardaşı Quliyev Qədir bəy deyir ki, qardaşım Novruz Heydər Əliyev adına Akademiyanı bitirib. Şəhid olanda qardaşım Mayor rütbəsi daşıyırdı. O, çox savadlı idi, kitabı bircə dəfə oxuyardı. Çox səbirli, sakit övlad idi. Ailənin ən sevimlisi olub, o vaxtlar valideynlərim “Disko parça”dan aparıb onun istəyinə uyğun kostyum tikdirmişdilər.

Bibimgil təsərrüfatla məşğul idilər. Bir gün bibim onu araxasına şəlləmişdi, qardaşım onda balaca idi. Dedim mənim qardaşım yoxdur, onu mənə qardaş ver. Elə həmin gündən Novruzu mənə verdi. Uşaq vaxtı süd qazanına düşüb yanmışdı. Onu uzun müddət müalicə etdirdik. Sonra anam dedi onu aparaq anasına verək, birdən uşağa yenə nəsə olar. Apardıq verdik. Gecə idi, gördük qapı döyülür, bibimgil gətirdi ki bu ağlayıb özünü öldürür ki, ana- atamı istəyirəm, onlara istəyirəm. O gündən qaldı bizdə.

Qardaşım 2016-ci ildə Aprel döyüşlərində də iştirak edib. 2020-ci il sentyabr döyüşlərində Suqovuşan Həsənqaya istiqmətində döyüşüb. Uzun illər kəşfiyyatda olub. O, çox səbrli di. Ona əsəbləşəndə həmişə çevrilib gülmsəyərək, başını aşağı salardı.
 
Akademiyaya gedəndə onlara türklər dərs keçirdi. Döyüşərkən Milli Qəhrəman Anar Əliyev Hadrut istiqmətində şəhid olub, döyüş yoldaşı, ən yaxın dostu olub qardaşımın.

2020-ci il 27 sentyabrda telefonla danışmışdıq. Soruşdum ki, bu səs-küy nədi, mənə dedi, fikir vermə. 28-i mən ona 4 dəfə zəng etdim, amma telefonu açmadı. 28-i səhər tezdən ona votsapda yazdım. Cavabladı ki, narahat olma, hər şey yaxşıdır.
Hardasa səhər saat 11-ə işləyirdi icra nümayəndəsi mənə zəng edib dedi ki, get hazırlıq gör, Novruz şəhid olub. Günorta 1-ə işləmiş qardaşımın nəşi gəldi. Ağdam Şəhidlər xiyabanında dəfn etdik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların igidliyi sayəsində biz bu torpaqlarda azad, rahat yaşayırıq!
Şəhid qardaşımın adına orta məktəbdə sinif otağı var”.

Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Əsgərov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə” görə medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 





04.03.2023    çap et  çap et