525.Az

Ruslar Ermənistanda pilotsuz təyyarələri sınayır


 

Ruslar Ermənistanda pilotsuz təyyarələri sınayır<b style="color:red"></b>

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında iki həftəyə yaxındır keçirilən təlimlər davam edir. Hazırda burada hava kəşfiyyatı məqsədilə pilotsuz təyyarələrin gecə uçuşu sınaqdan keçirilir.

“Media forum” saytı Ermənistanın “Armtoday.info” saytına istinadla xəbər verir ki, sınaqda BLA “Navodçik-2”, “Forpost”, “Orlan-10” və “Zastava” komplekslərindən istifadə olunur.

102-ci Rusiya hərbi bazasının başlatdığı təlimlərin iyulun 12-dək davam edəcəyi bildirilir.

2010-cu ildə Gümrüdəki Rusiya hərbi bazasına dair 1995-ci ildə Rusiya ilə Ermənistan arasında bağlanmış müqaviləyə dəyişiklik edilib, hərbi bazanın dislokasiya müddəti 2046-cı ilədək uzadılıb. 1995-ci ildəki müqavilə 25 illiyə bağlanmışdı.

 





11.07.2014    çap et  çap et