525.Az

“Jurnalistikada həmkarlar hərəkatı ili” elan olundu


 

“Jurnalistikada həmkarlar hərəkatı ili” elan olundu<b style="color:red"></b>

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) və  Beynəlxalq Jurnalistlər Federasiyası media sahəsində “Həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi”  layihəsinin  icrasına başladıqlarını elan ediblər.

525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money Kirle, BJF-nin layihələr departamentinin direktoru Adrien Kollin, BJF eksperti Arjumand Vajid çıxış edərək “Həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi”  layihəsinin mahiyyəti barədə məlumat verərək onun  növbəti üç il müddətində icra olunacağını bildiriblər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov MŞ-nin “Həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi”  layihəsinə ciddi dəstək verəcəyini bildirib.  O,  MŞ adından   növbəti bir ilin “Azərbaycan jurnalistikasında həmkarlar hərəkatı ili” elan olunduğunu qeyd edib.

Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihənin icra mexanizmləri barədə məlumat verib. O, layihənin icrası zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq ediləcəyini, Konfederasiyanın  təcrübəsindən yararlanacaqlarını bildirib.

Məlumat üçün bildirək ki, layihənin maliyyə yardımçısı Avropa Komissiyasıdır.

 





11.07.2014    çap et  çap et